Ru
11:50 / 17 Avqust 2017

Rövnəq Abdullayev AFFA-da qalmaqal yaradan bacıları işdən çıxarıb?

4232
Bir müddət öncə Azərbaycan Futbol Federasiyaları Assosasiyasında (AFFA) qalmaqalları ilə gündəmə gəlmiş Xanım və Sevinc Hüseynova bacılarından yeni xəbər var.


BakuPost.az modern.az-a istinadən xəbər verir ki, məsələ geniş şəkildə ictimailəşdiyindən bu, AFFA-nın prezidenti Rövnəq Abdullayevin də diqqətini cəlb edib.

 

Məsələyə kəskin etiraz edən AFFA prezidenti belə halların yolverilməzliyini, bunun AFFA kimi nüfuzlu bir qurumun imicinə böyük zərbə olduğunu bildirib. Bundan sonra o, məsələnin araşdırlmasına, bacıların işdən kənarlaşdırılmasına göstəriş verib.

 

Məlumata görə, bacılar məzuniyyət adı ilə işdən kənarlaşdırılıblar. Məlumatı dəqiqləşdirmək üçün Modern.az-ın əməkdaşı AFFA-nın mətbuat katibi Mikayıl Nərimanoğlu ilə əlaqə saxlayıb.

 

AFFA rəsmisi  Xanım və Sevinc adlı bacıların işdən azad olunduğu barədə yayılan məlumatlar barədə bunları deyib.

 

"Mən hazırda məzuniyyətdəyəm. Səhv etmirəmsə, hazırda da onlar məzuniyyətdədir. Onların heç biri işdən azad olunmayıb. Məzuniyyətlərini tam başa vurduqdan sonra yenidən işə qayıdacaqlar”.

 

Qeyd edək ki,  bir müddət əvvəl mətbuatda iki bacının AFFA-da "at” oynatdığı barədə geniş məlumatlar yer almışdı.

 

Hətta bu xanımların - Xanım və Sevinc adlı bacıların qurumda baş katib vəzifəsində çalışan Elxan Məmmədova xüsusi yaxınlıqları olduğu da qeyd edilirdi. Ölkə mətbuatı məsələ ilə bağlı geniş açıqlama gözləsə də, AFFA rəsmiləri susqunluq nümayiş etdirdilər.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər