Ru
13:26 / 20 Yanvar 2017

"Qorbaçov istintaqdan yayınıb" - Rüstəm Usubov

1334
SSRİ-nin keçmiş dövlət başçısı Mixail Qorbaçov ölkə konstitusiyasının 119-cu və Azərbaycan konstitusiyasının 71-ci maddəsini kobud şəkildə pozaraq fövqəladə vəziyyətin tətbiq edilməsi və hərbçilərin Bakıya yeridilməsi ilə bağlı qanunsuz fərman verib.

 

Modern.az-ın məlumatına görə, bunu Baş prokurorun birinci müavini Rüstəm Usubov deyib.


O bildirib ki, fərman əsasında yanvarın 19-u saat 00:00-dan başlayaraq Bakının "Nasosnıy" keçmiş Əzizbəyov metrosu ətrafında, Sumqayıt şəhəri istiqamətində hərbçilər şəhərə daxil olub dinc əhalini qırdılar:

 

"Bakı əhalisinin 132 nəfəri qətlə yetirilib, 612 nəfər yaralanıb, 814 nəfər qanunsuz həbs olunub. Binalara və digər qurumlara ciddi ziyan dəyib. Bakıda yetərincə hərbçi olduğu halda, 66 min qoşun Bakıya yeridilib. Bunlar SSR-nin, Müdafiə Nazirliyinin, Daxili Qoşunların hərbçiləri və kursantları idi. Ən azğınlığı Krasnodar vilayətinin müddətdən artıq hərbi qulluqçuları törədib, onların arasında çoxlu ermənilər olub. Hətta yanvarın 24-ü Elmlər Akademiyasının alimləri öldürülüb. Azərbaycan Televiziyasının enerji blokunun partladılması Azərbaycanın DTK-nin o vaxtki rəhbəri Vaqif Hüseynov və Moskvadan gələn nümayəndələrin təşkilatçılığı ilə baş tutub. O vaxt işi Rusiya prokurorluğu aparırdı. Azərbaycan prokurorluğu 14 fevral 1992-ci ildə gec başlamışdı, bu da o vaxtki rəhbərliyin səhvidir. İki ildən sonra istintaq aparılması çox çətin idi, müəyyən sübutlar aradan qaldırılıb. Yenidən dindirilmə aparmaq çox çətin idi. İstintaq hərəkətləri həm burada, həm də Moskvada aparıldı. SSR-nin Mərkəzi Komitəsinin rəhbər işçiləri dindirildi, hansılar ki, 19 yanvarda Bakıya ezam olunmuşdular.

 

Ancaq Qorbaçovu və Bakatini dindirmək mümkün olmadı. O, qaçdı gizləndi. Girenko, Babkov, Mixaylov, Yazov dindirildilər. Qorbaçov istintqdan yayındı. 1992-ci ildə 68 cild əsas iş bizə verilmədi. İndiyə qədər Azərbaycan prokurorluğu 68 cild işi tələb edir, amma onlar bizə çatdırılmayıb. İstintaq gedir, 68 cild iş isrintaqa gələndən sonra ona tam qiymət veriləcək".

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər