Ru
12:23 / 24 May 2018

"Rüstəm İbrahimbəyov əsərləri ilə özünə nifrət qazandırır"

4443
"Təəssüf edirəm ki, bu gün bizim dövlətçiliyimizə zərər vurmaq istəyən şəxslər var. Vaxtilə əsərləri ilə özünü bizə tanıdan Rüstəm İbrahimbəyov bu gün əsərləri ilə özünə nifrət qazandırır".


Bunu "Kaspi" qəzeti və "Kaspi Təhsil Mərkəzi"nin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva "İstiqlal düşüncələri. Cumhuriyyətə aparan yollar" kitabının təqdimat mərasimində Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu, Azərbaycan xalqını aşağılayan "Qafqaz üçlüyü" filminin çəkilməsinə münasibət bildirərkən deyib.


S.Vəliyeva R.İbrahimbəyovun bu əməlini xəyanət adlandırıb: "Bu dövlət bizimdirsə, ona əl qaldıranlara qarşı əlimizi qaldırmalıyıq. Bu xəyanətdir, buna başqa ad vermək olmaz. Dövlət mükafatı almaq istəyirsənsə, onu başqa yerdə ara. Biz belə insanları lənətləməliyik. Biz bəlkə Əkrəm Əylisliyə qarşı bir az yumşaq davrandıq deyə, o cəsarətləndi. Amma buna da cəsarət deyil, xəyanət demək olar. Bu dövlət Ulu Öndər Heydər Əliyevin bizə qoyduğu əmanət və yadigardır. Biz dövlətimizi qoruyaraq onu gələcək nəsillərə çatdırmalıyıq. Biz xəyanətlərə qarşı səsimizi qaldırıb mübarizə aparmalıyıq. Xəyanətə heç nə ilə haqq qazandırmaq mümkün deyil". (trend)
Şərhlər
  • t.ədalət

    Sona xanım Vəliyevanın Rüstəm İbrahimbəyov haqqında yazdıqları həqiqətdir.R.İbrahimbəyov Azərbaycan kinosunun üzərində bir rus casusu idi.O da,hazırda kinistudiyada işləyən rusdilli rejissor Ramiz Fətəliyev də Azərbaycan milli kinosunun inkişafına əngəl törətdilər.Hətta müstəqillik illərində bu rus casusları kinomuzun azad olmasına imkan vermədilər.Rusiya bütün sahədə,ədəbiyyat,mədəniyyət və kino yaradıcılığında müstəqilliyimizi boğdu.Əlbəttə,təkcə R.İbrahimbəyov deyil arvadı erməni olan rəssam Tahir Salahov,arvadı erməni olan kosmos generalı Kərimov da ömrünün sonuna qədər rusist olaraq qaldı.Əslində bu adamların adlarını xalqımızın yaddaşından silməliyik.Milli xəyanət edənləri niyə də tariximizə əlavə etməliyik?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər