Ru
21:37 / 17 Mart 2018

Rusiyada quldurlar azərbaycanlı biznesmenə hücum etdi - Biri öldü, o birilər qaçdı

3458
Rusiyanın paytaxtında azərbaycanlı iş adamına hücum edilib.


BakuPost Rusiya KİV-nə istinadən xəbər verir ki, adı açıqlanmayan soydaşımız Malino kəndi istiqamətində hərəkət edərkən hücuma məruz qalıb. Üzübağlı bir neçə şəxs onun avtomobilinin qarşısını kəsib və maşına giriblər. Soyğunçular avtomobildəki 200 min rublu aparmaq istəyib. 


İş adamı müqavimət göstərərkən, quldurlardan biri atəş açıb. Amma hədəfi düzgün seçməyib və öz basqınçı yoldaşını öldürüb. Təşvişə düşən cinayətkarlar hadisə yerindən qaçıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər