Ru
16:51 / 28 İyun 2017

Rusiyada iki azərbaycanlı həbsdən qaçdı

1093
Rusiyanın Mordoviya vilayətinin hüquq-mühafizə orqanları oğurluğa görə məhkum olunan və iyunun 27-də məhkəmə zalından bir saat fərqlə qaçan iki Azərbaycan vətəndaşını axtarır.


Oxu.Az-ın məlumatına görə, 23 yaşlı Aslan Cəlalov və 42 yaşlı İsmət Hüseynov Ruzeyevka şəhər məhkəməsində konvoyun ani diqqətsizliyindən istifadə edərək qaçıblar.


Onların yerləri barədə məlumatı olanlar (8834-51) 4-03-89, 4-03-97 və ya (88342) 24-64-09 nömrələri ilə əlaqə saxlamaya bilərlər.


Hər iki şəxs oğurluq maddəsindən əlavə digər ağır cinayətlərə görə də mühakimə olublar.


Bildirilir ki, Aslan Cəlalov və İsmət Hüseynovun üzərində pul yoxdur.


"Bu isə onları yeni cinayətlər törətməyə vadar edə bilər”, - polisdən qeyd ediblər.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər