Ru
00:18 / 20 İyun 2018

Rusiya Misirə qalib gəldi

2167
Futbol üzrə Rusiya milli komandası Dünya Çempionatı çərçivəsində Misir yığması üzərində qələbə qazanıb.


BakuPost-un məlumatına görə, Sankt-Peterburq şəhərinin eyni adlı stadionunda keçirilən oyun turnirə ev sahibliyi edən komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Oyunun ilk qolunu 47-ci dəqiqədə öz qapısından Əhməd Fəthi keçirib, daha sonra oyunun 59-cu dəqiqəsində Denis Çerışev Rusiyanın ikinci qolunu vurub. Üç dəqiqə sonra Rusiya millisi hesabda fərqi artırıb, Artyom Dzüba fərqlənib.


Matçın 73-cü dəqiqəsində isə Məhəmməd Salah penaltidən komandasının yeganə qolunu vurub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər