Ru
13:29 / 23 İyun 2017

Rusiya İŞİD-in silah anbarını məhv etdi - VİDEO

712
Raket zərbələri nəticəsində İŞİD-in idarəetmə məntəqələri, silah anbarları məhv edilib


 Rusiya Aralıq dənizindəki döyüş gəmisindən İŞİD terror təşkilatının Suriyadakı mövqelərinə raket zərbələri endirib.

 

BakuPost.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, zərbə nəticəsində İŞİD-in Hama əyalətində idarəetmə məntəqələri, silah anbarları məhv edilib. Dəməşq rejiminin ən böyük dəstəkçisi olan Rusiya, Türkiyə ilə birlikdə atəşkəs elan edilməsinin təşkilatçısı olub. Türkiyənin Prezident Administrasiyasından dünən verilən açıqlamada bildirilir ki, Suriyanın şimal-qərbində yerləşən İdlibdə Türkiyə və Rusiya hərbçiləri birlikdə əməliyyat həyata keçirəcəklər.



BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər