Ru
10:36 / 23 Mart 2018

Rusiya ilə Avropa arasında daha bir gərginlik - Avropa İttifaqı səfirini geri çağırır

3351
 Avropa İttifaqı (Aİ) liderlərinin danışıqlarından sonra İttifaqın Moskvadakı səfiri Markus Edereranı geri çağırmaq qərarı verilib. 


BakuPost Rusiya mətbuatına istinadən  xəbər verir ki, bu barədə İsveçin baş naziri Stefan Leven Brüselldə keçirilən Aİ liderlərinin görüşündən sonra deyib.


Belə bir skandal qərara səbəb Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və onun qızının İngiltərənin Solsberi şəhərində zəhərlənməsi göstərilir.

Stefan Leven belə bir addımla Böyük Britaniyaya siyasi dəstək vermək istədiklərini söyləyib: 

"Biz Aİ səfirini Rusiyadan geri çağırmaq qərarına gəldik. Bu addım Böyük Britaniyaya siyası dəstək məqsədi ilə atılıb”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər