Ru
16:54 / 22 May 2017

Rusiya Ermənistana yeni silahlar göndərəcək - Təhlükə

942
Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ölkələrə, o cümlədən Ermənistan, Belorus və Qazaxıstana yeni silah sistemləri, vertolyotlar və müdafiə sistemləri göndərməyi planlaşdırır.


Musavat.com-un erməni mediasına istinadən verdiyi məlumata görə, Moskva bu planını 2017-ci ildə reallaşdırmağı nəzərdə tutur. Rusiyanın Hərbi-texniki əməkdaşlıq üzrə federal xidmətin direktoru Dmitri Şuqayev mətbuata açıqlamasında deyib ki, bu il Rusiya imzalanmış müqavilələrə uyğun olaraq həmin ölkələrə müdafiə sənayesi məhsullarının göndərilməsini davam etdirəcək. O, Belorus, Ermənistan və Qazaxıstanla müdafiə sahəsində əməkdaşlıq haqqında sazişlərə işarə vurub. Şuqayev ilk növbədə aviasiya texnikasının, həmçinin vertolyotların, hava hücumundan müdafiə sistemlərinin və BTR-lərin göndəriləcəyini deyib.


D.Şuqayev ilk növbədə aviasiya texnikasının, həmçinin vertolyotların, hava hücumundan müdafiə sistemlərinin və BTR-lərin göndəriləcəyini deyib.


Azərbaycanı narahat edən təbii ki, işğalçı Ermənistanın öz havadarı tərəfindən yeni silahlarla təchizatı məsələsidir. İrəvanın maliyyə imkanlarının bu silahları pulla almağa qadir olmadığından sözsüz ki, Rusiya öz forpostunu havayı silahlandırır və bu da işğalı stimullaşdıran addımdır.


Narahatlıq doğuran həmin məqamla bağlı KTMT-nin baş katibinin müavini Valeriy Semerikov qarşıdakı illərdə birliyə üzv ölkələrin çevik hərbi dəstələrinin pulsuz təminatı məsələsinin reallaşdırılmasının da mümkünlüyünə işarə vurub. O deyib ki, məsələnin 2015-16-cı illərdə reallaşdırılması mümkün olmadı, amma bu plan 2018-2019-cu illərdə baş tuta bilər.

 

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər