Ru
12:55 / 29 Mart 2017

Ruhaninin qızlarla çəkdirdiyi FOTO - Narazılıq yaratdı

1950

Novruz tətilində
paytaxt Tehrana yaxın bir bölgəyə dağ gəzintisinə gedən İran prezidenti Həsən
Ruhaninin fotosu müzakirələrə yol açıb.

BakiPost.az xəbər verir
ki, onun tətil zamanı çəkilmiş və sosial şəbəkə üzərindən paylaşılmış fotosuna
18 min şərh gəlib. 143 min nəfər isə şəkli bəyənib.


Prezident seçkilərinin
yaxınlaşdığı (19 may 2017) bir vaxtda İran prezidentinin belə foto paylaşması mühafizəkar təbəqənin narazılığına səbəb olub.


Sabiq mühafizəkar millət
vəkillərindən olan Həmid Rasayi prezidentin idman geyimində qızların yanında çəkdirdiyi
fotonu "İranın iqtisadi uğursuzluğunun ört-basdır edilməsi cəhdi” kimi qiymətləndirib.


O, şəklin seçkiyə və
daxili siyasətə təsir həmləsi olduğunu dilə gətirib. Bunun İran İslam
Respublikasının mühafizəkar dəyərlərinə zidd olduğunu deyib.


Bakı Post


Ruhaninin qızlarla çəkdirdiyi FOTO -  Narazılıq yaratdı
Ruhaninin qızlarla çəkdirdiyi FOTO -  Narazılıq yaratdı
Ruhaninin qızlarla çəkdirdiyi FOTO -  Narazılıq yaratdı
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər