Ru
17:55 / 22 İyul 2017

Rey Kərimoğlunun kitabı işıq üzü gördü - “KOD ADI: “REY”

1712
Qarabağ qazisi, jurnalist Rey Kərimoğlunun "kəşfiyyatçının xatirələri” adlı yazıları əsasında hazırlanan "Koad adı: "Rey” kitabı işıq üzü görüb.


Kitabda müəllifin 2012-2013-cü illərdə lent.az saytında qələmə aldığı xatirələri yer alıb. Xatirələr müəllifin 1991- 92-ci illərdi Qarabağ müharibəsində gördüyü hadisələrdən bəhs edir.


Qanun nəşriyyatında hazırlanıb çap edilən kitabın redaktoru tanınmış şair-publisist Səhər Əhmədir. 250 səhifəlik kitabın illüstrasiyalarının müəllifi Əfqanıstan və Qarabağ müharibəsi iştirakçısı, rəssam Tərlan Eyvazovdur.


Lent.az saytının kitabxanasından silsiləsindən nəşr edilən kitab yaxın günlərdə satışda olacaq. 


Xatırladaq ki, R.Kərimoğlu 1991-93-cü illərdə Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin əsgəri olub. İki dəfə yaralanan R.Kərimoğlunun kəşfiyyatçı kimi isə çağırış kodu elə öz adı - "REY” olub.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər