Ru
15:24 / 16 Fevral 2018

“Rəsmi maaşı 230 manat idi, ayda 30 min qazanırdı”

4693
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Leyla Şıxlinskayanın Klinikası"nda mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən Şəhla Abbasova, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayeva və Polad Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


BakuPost-un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid Xalidə Məmmədova bildirib ki, klinikada işlədiyi dövrdə əmək haqqını kassadan götürüb: "Həmin vaxtlarda hər hansı uyğunsuzluq olmayıb. Müştərilər hər dəfə klikinaya gələrkən müayinə üçün ödəniş edirdi".


Təqsirləndirilən Polad Əliyev qeyd edib ki, X.Məmmədovanın rəsmi maaşı 230 manat olsa da, aylıq 25-30 min manat məbləğində maaş alıb.


Faktı təsdiqləyən X.Məmmədova bunun mənimsəməyə heç bir aidiyyətinin olmadığını, işlədiyi müddətdə işinə görə aldığı faizlərlə birlikdə əmək haqqı təxminən 25 min manat olub: "Maaşım 230 manat idi. Amma klinikada xəstələrə görə faizlər də alırdıq. Bu məbləği həmin faizlərə əsasən almışam".


Prosesdə digər şahidlərin gəlməsi üçün fasilə elan edilib.


Qeyd edək ki, təqsirləndirilən şəxslər klinikanın sahibi Leyla Şıxlinskayanı, o isə keçmiş işçilərini ittiham edir. Klinikanın fəaliyyəti ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb.


Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilirlər. Təqsiləndirilən şəxslər klinikadan 700 min manat mənimsəməkdə ittiham olunurlar.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər