Ru
20:46 / 20 Yanvar 2017

Rəisin narkotiklə tutulan qardaşı bəraət aldı

1237
Dünən xəbər verdiyimiz kimi, Nəsimi Rayon Məhkəməsində narkotik vasitə saxlamaqda təqsirləndirilən Vüqar Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Belə ki, "Report"un xəbərinə görə, bu barədə vəkil Adəm Məmmədov məlumat verib.


Onun sözlərinə görə, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub:


"Məhkəmənin hökmü ilə V. Ağayevin barəsində bəraət hökmü çıxarılıb. Vəkil bildirib ki, istintaqı düzgün aparmayan müstəntiq və təhqiqatçı barədə tədbir görülməsi üçün xüsusi qərar qəbul olunub.


Qeyd edək ki, V. Ağayev Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham olunub".


Criminal.az-ın məlumatına görə isə, keçən il aprelin 25-ində həbs olunan Vüqar Ağayev  Quba rayon yol polis şöbəsinin rəisi Rövşən Ağayevin qardaşıdır.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər