Ru
16:17 / 14 İyul 2018

Rəfiqəsinin üzünü “kislota” ilə yandırıb Azərbaycana qaçdı - XƏYANƏTİN QİSASINI ALIB/ VİDEO

15164
Azərbaycan hüquq-mühafizə orqanları 2 il əvvəl Rusiyada rəfiqəsinin üzünü "kislota” ilə yandıran qadını saxlayıblar.


BakuPost xəbər verir ki, qadın cinayəti törədəndən sonra Azərbaycana qaçıb. Rəfiqəsinin isə bədəninin 70 faizi yanıb.


Həkimlər zərərçəkənin görmə qabiliyyətini bərpa etməyə çalışırlar. Reabilitasiyadan sonra plastik əməliyyat aparmaq mümkün olacaq. Artıq ittiham edilən şəxs ifadə verib.


Məlum olub ki, qadın Zinaida İskəndərəvoadan ailəsini dağıtdığı üçün intiqam almaq istəyib və onun üzünə sulfat turşusu atıb. Zərərçəkmiş isə rəfiqəsinin ailəsi ola-ola başqası ilə görüşdüyünü bildirib. Əri isə bundan xəbər tutub və onu boşayıb. Bununla belə, rəfiqəsi Zinaidanı ərinə bu barədə xəbər verməkdə ittiham edərək qisas alıb.

 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər