Ru
13:34 / 23 Aprel 2018

Ramil Usubovdan daha bir dəyişiklik - Nazir Alışanova müavin təyin etdi

6977
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov daha bir kadr dəyişikliyi edib. 


BakuPost Mia.az-a istinadən xəbər verir ki, nazirin əmri ilə Sumqayıt şəhər Mühafizə İdarəsinin rəis müavini vəzifəsinə təyinat olub. Yeni rəis müavini Quliyev Arif Balaqədeş oğludur. O, bu təyinata qədər Sumqayıt şəhər Mühafizə İdarəsində Növbətçi Hissədə çalışıb. 


Onu da qeyd edək ki, Sumqayıt şəhər Mühafizə İdarəsinin rəisi Aztv sədri Arif Alışanovun qardaşı Akif Alışanovdur. 


Xatıqladaq ki, bir müddət öncə R.Usubovun əmri ilə sabiq rəis müavini Araz Cavadov tutduğu vəzifədən azad edilərək, Zəngilan rayon polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinə baş inspektor təyin olunmuşdu. 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər