Ru
15:15 / 24 Sentyabr 2018

Ramil Usubov İrana getdi

1601
Azərbaycanın Daxili İşlər naziri general-polkovnik Ramil Usubov sentyabrın 24-də İrana səfərə gedib.


BakuPost xəbər verir ki, səfər çərçivəsində nazir Ramil Usubov İranın Daxili İşlər naziri Əbdülrza Rəhimi Fəzli və Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Şamxani ilə görüşüb.


Görüşlərdə qarşılıqlı əlaqələrin perspektivləri, narkotik maddələrin qaçaqmalçılığına və beynəlxalq terrorçuluğa qarşı birgə mübarizə məsələləri müzakirə edilib.


Ramil Usubovun İran parlamentinin sədri Əli Laricani və kəşfiyyat naziri Seyid Mahmud Ələvi ilə də görüşləri nəzərdə tutulub.
Ramil Usubov İrana getdi
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər