Ru
12:19 / 21 Fevral 2018

Ramil Usubov Gəncənin YPX rəisini işdən çıxardı - YOXLAMA

2563

Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi Rəhim Zalov tutduğu vəzifədən azad edilib.


BakuPost-un məlumatına görə, bu barədə Gununsesi.info-ya Gəncə şəhər Baş Polis İdarəsindən bildirilib. Məlumatda qeyd olunur ki, Rəhim Zalovun DYP rəisi vəzifəsindən uzaqlaşdırılmasına səbəb işində yol verdiyi çoxsaylı nöqsanlar olub.


Belə ki, bir neçə gün əvvəl Daxili İşlər Nazirliyindən xüsusi yoxlama qrupu Gəncə şəhər Baş Polis İdarəsində və Yol Polisi Şöbəsində yoxlamalar aparıb. Rəhim Zalovun işdən azad edilməsi həmin yoxlamaların nəticəsi ilə bağlıdır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər