Ramil Quliyev qızıl medalını aldı - VİDEO

Londonda keçirilən Yüngül atletika üzrə 16-cı dünya çempionatında Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev qızıl medalını alıb.
 
APA TV-nin xəbərinə görə, medalların təqdimat mərasimində Türkiyə himni səslənən zaman Ramil Quliyev əsgər salamı verib. Onun duyğulandığı da diqqətdən yayınmayıb.
 
Qeyd edək ki, Ramil Quliyev kişilər arasında 200 metr məsafəyə qaçışda dünya çempionu olub. O, 20,09 saniyə nəticə ilə Türkiyəyə ilk qızıl medalı qazandırıb.

 

BakuPost
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər