Ru
15:52 / 18 Oktyabr 2018

Qurbanovdan futbolçulara qadağa

2683
Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov futbolçulara mətbuata danışmaq qadağası qoyub.

 

BakuPost Qol.az-a istinadən bildirir ki, bu qərar UEFA Millətlər Liqasının Maltaya qarşı Bakıda keçirilən oyunundan (1:1) sonra verilib.


Qeyd edək ki, həmin matç  yekunlaşandan sonra bir neçə futbolçu mətbuata qısa açıqlama verib. Amma bundan sonra futbolçulara mətbuata danışmaq qadağası tətbiq edilib. Qadağa yalnız milli komandaya aiddir. Futbolçular öz klublarındakı çıxışları barədə isə danışa bilərlər.


Qeyd edək ki, qol.az-ın müxbirinin bu gün bir neçə futbolçumuzla milli barədə danışmaq cəhdi baş tutmayıb. Onlar Q.Qurbanovun qərarını əsas gətirərək milli haqda suallardan qaçıblar.


Bu qadağanın hansı səbəbdən tətbiq edildiyi bilinmir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər