Ru
22:50 / 23 Mart 2018

Qurbanov 2 futbolçunu cəzalandırdı

3316
Azərbaycan millisinin futbolçuları Araz Abdullayev və Elvin Yunuszadənin adlarının Belarus yığması ilə yoldaşlıq görüşünün iştirak ərizəsinə daxil edilməməsinin səbəbi müəyyənləşib.


BakuPost-un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib.


O, bildirib ki, hər iki futbolçu kiçik xətaya yol verdikləri üçün kənarda qalıblar:


"Ola bilər ki, onlardan biri Antalyaya Makedoniya ilə yoldaşlıq görüşünə getsin, digəri yox. Oyundan sonra otelə qayıdacağıq və yekun qərarımı verəcəyəm. Amma böyük xəta deyil".


Matç Belarus yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qurbanov 2 futbolçunu cəzalandırdı
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər