Qurban Qurbanov axşamkı oyundan danışdı - “Rəqibimiz güclüdür”

"Çelsi" ilə oyunda hücum etməkdən çəkinməyəcəyik.
 
BakuPost.az-ın məlumatına görə, bunu "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Q.Qurbanov vurğulayıb ki, "Çelsi" dünyanın ən güclü klublarından biridir və bu mövsüm Çempionlar Liqasının qalibi olmağa namizəddir:

"İlk oyunda belə rəqiblə qarşılaşmağımız fərqli bir görüntüdür. "Çelsi”nin baş məşqçisi də dünyanın ən güclü məşqçilərindəndir. Bilirik ki, ilk dəqiqələrdən rəqib bizi müdafəyə oturtmağa cəhd edəcək. Lakin biz də hücum etməkdən çəkinməyəcəyik, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Rəqibin heyətində hər hansı bir futbolçunu fərqləndirməyim düzgün deyil. Rəqibdə ehtiyat oyunçu anlayışı yoxdur, meydana kim çıxırsa "Çelsi”ni təmsil edir".

Ağdam təmsilçisinin çalışdırıcısı bildirib ki, Antonio Konte çox ambisiyalı məşqçidir: "İnanmıram ki, o, hansısa oyuna məqsədsiz şəkildə çıxsın. Çelsi"nin heyəti güclü futbolçulardan ibarətdir və rəqibdən asılı olmayaraq, onlar qələbə üçün meydana çıxacaq".

Qeyd edək ki, bu gün UEFA Çempionlar Liqasında "Qarabağ" Londonda "Çelsi"nin qonağı olacaq.
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

15 Dekabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər