Qudasının evində sevgilisini bıçaqladı - Azərbaycanda

1273
Ağdam rayonunda baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı maraqlı məqamlar üzə çıxıb.
 
BakuPost Lent.az-a istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 44 yaşlı Lalə Əliyevanın (adlar şərtidir) Ağdamın Xındırıstan kəndində yaşayan qudasının evində 1974-cü il təvəllüdlü Paşa Yusifovu qısqanclıq zəminində bıçaqladığı məlum olub.

Bildirilir ki, Lalə Əliyeva bir neçə gün əvvəl Xındırıstanda oğlunun qayınanası olan T.M-in evinə qonaq gəlib. O, dünən sürücü kimi xidmətindən istifadə etdiyi və qeyri-rəsmi nikahda yaşadığı Paşanı Ağdama çağırıb. Onlar gecəni Xındırıstanda Lalənin qudasının evində keçiriblər və gecə saatlarınadək yeyib-içiblər. Bir qədər sonra Paşanın telefonuna gələn müəmmalı zəng səbəbindən Lalə özündən çıxıb və münaqişə baş verib. Sərxoş qadın bıçaqla sevgilisinə hücum edib və ona iki zərbə endirib. Qarın və çiyin nahiyəsindən xəsarət alan kişi xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, hadisənin baş verdiyi evin sahibəsi olan T.M xeyli əvvəl həyat yoldaşından boşanıb. Onun qızı bir müddət əvvəl Lalənin oğlu ilə ailə qurub. Qudalar bundan sonra daha da dostlaşıb.

Hadisəni törədən qadın saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər