Qubalı milyarderlər Moskvada bazar aldı

"VTB Qrup” Moskvadakı "Velozavodsk bazarı” Açıq Səhmdar Cəmiyyətini satışa çıxarıb.

Axar.az xəbər verir ki, şirkətin bütün aksiyaları 712 milyon rubla satılıb. Şirkətin alıcıları azərbaycanlı milyarderlər Qod Nisanov və Zarax İliyev olub.

Qeyd edək ki, "Velozavodsk bazarı” kompaniyası VTB-yə 2014-cü ildə verilib. Bank 2016-cı ildə bu şirkəti 2,4 milyard rubla satmağa çalışsa da, istəyinə nail olmayıb.

Qod Nisanov və Zarax İliyev əslən Qubadandırlar.
 
Bakı Post
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994502060266

XƏBƏR LENTİ

29 Aprel 2017
Bütün xəbərlər
Bütün xəbərlər