Ru
11:01 / 27 İyun 2017

Qubada zəncirvari yol qəzası - Ölən və yaralanan var

1961

Quba rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili
İşlər Nazirliyindən
BakiPost.az-a verilən məlumata görə, iyunun 26-da saat 01 radələrində Quba rayonunun
Nərimanabad kəndi ərazisində rayon sakinləri Elgün Hüseynovun idarə etdiyi
"Opel" və Seyhun İsayevin idarə etdiyi "VAZ-21074" markalı
avtomobillər toqquşduqdan sonra hər iki nəqliyyat vasitəsi yolun kənarında
dayanmış "Volksvagen" və "Mitsubishi" markalı avtomobillərə
dəyib.

Nəticədə E.Hüseynov hadisə yerində ölüb, S.İsayev isə xəstəxanaya
yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər