Ru
22:12 / 19 Yanvar 2017

"Qorbaçovun yanlış siyasəti Qarabağ münaqişəsinin yaranmasına gətirib çıxardı" - MKİ

1086
SSRİ Baş katibi Mixail Qorbaçovun yanlış siyasəti Dağlıq Qarabağ münaqişəsinin yaranmasına gətirib çıxardı.


Trend-in məlumatına görə, bu ifadə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) ictimailəşdirilmiş sənədlərində yer alıb.


25 iyul 1988-cil tarixli sənəddə qeyd olunur ki, Qafqazda davam edən qarışıqlıqlar SSRİ ərazisində yaranmış milli gərginliklərin bariz nümunəsidir. MKİ-nin məlumatına görə, Moskva münaqişə tərəfləri üçün münasib ola biləcək uzunmüddətli plan tapmağa çalışırdı.


Sənəddə qeyd olunur: "Bu, Dağlıq Qarabağın Ermənistana verilməsini yox, Azərbaycanın tərkibində muxtariyyəti nəzərdə tutan inzibati sazişdir".


Sənəddə ifadə olunur ki, bu planın icrası zamanı Qorbaçovun ən böyük problemi həmin planların təsdiq olunmasına tələb olunan vaxt çatışmazlığı ola bilər.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər