Ru
12:42 / 17 İyul 2018

Qolu qırılmış qadın küçə təmizləyir - Bakıda ürəkağrıdan hadisə

4367
Bu gün Bakı şəhəri Səbail rayonu ərazisində, Nizami küçəsində "Landmark" Biznes Mərkəzinin yaxınlığında bir qolu qırılmış və ayaqüstündə güclə dayanan süpürgəçi qadın işə çıxarılıb.


BakuPost xəbər verir ki, bu barədə "Facebook"da Pərviz Bağırov adlı istifadəçi yazıb. O, qadının başını aşağı əyib çətinliklə küçəni süpürdüyünü qeyd edərək, onu bu vəziyyətdə işə çıxaran qurumu qınayıb:


"Bu səhər "Landmark" Biznes Mərkəzinin yaxınlığında bir süpürgəçi qadın gördüm. Bir əli qırılmışdı və başını aşağı əyərək çətinliklə küçəni təmizləyirdi. Belə anladım ki, həm də Parkinson xəstəliyindən əziyyət çəkirdi. Ürəyim ağrıdı. Ona pul təklif etdim, lakin qəbul etmədi. Nə edə bilərik? Onu bu vəziyyətdə kimlər işə çıxarır", - deyə P.Bağırov yazıb.


Qolu qırılmış qadın küçə təmizləyir -  Bakıda ürəkağrıdan hadisə
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər