Ru
18:06 / 23 İyun 2017

“Səni çox sevən bizlərə görə...”, “Səni gözləyəcəm dedim, amma...” Qızlar əsgərlərə nə yazır:

1799
Məlum olduğu kimi, Azərbaycanda "əsgərə məktub” media layihəsi başlayıb. Esgeremektub.com saytında orduda xidmət edən əsgərlərimizə göndərilən məktublar yerləşdirilir.


 

BakuPost.az müxtəlif məzmunlu bu məktublardan ikisini təqdim edir: 

 

Ayşən Umudova imzası ilə yazılmış məktub: "Elşən, sənə etdiyim səhvi başa düşürəm. Bilirəm, məni bağışlamayacaqsan. Amma həqiqətən üzr istəyirəm. 

Sən yaxşı oğlansan. Bilirəm, məni çox sevirsən, amma sənə ümid vermək istəmirdim. Son dəfə "səni gözləyəcəm" deyib başqasıyla danışdım. Çox səhv etdim. Mən səhvimi başa düşürəm. Sadəcə, bil istədim”.


Nigar Məmmədova adlı şəxs isə əsgərə bunları yazıb: "Əminəm ki, yaxşısan, sənə bu qədər inanan, güvənən insanın dəstəyini hiss edirsənsə əlbəttə yaxşı olmalısan! Çünki sənin və yoldaşlarının sayəsində bizlər çox yaxşıyıq. 

Səni Milli Ordu günü münasibətiylə təbrik edirəm! İnşəAllah sağ-salamat hərbi xidmətini layiqiylə başa vurub ailənin yanına qayıdasan. Adını bilməsəm də sənə hörmətim sonsuzdur, çünki sən Vətənim Azərbaycanın İgid Əsgərisən... İgid Əsgər, möhkəm dayan, ailənə və tanımadığın ancaq səni çox sevən bizlərə görə özündən muğayat ol. Allah amanında”.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər