Ru
15:04 / 16 Yanvar 2017

Qırğızıstanda matəm elan edildi

967

Bişkekdəki "Manas” Beynəlxalq Aeroportu yaxınlığında
Türkiyənin AST şirkətinə məxsus "Boeing 747-400” yük təyyarəsinin qəzaya
uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Qırğızıstanda matəm elan
edilib.


BakiPost.az xəbər verir ki, Qırğızıstan Prezidenti
Almazbek Atambayev yanvarın 17-nin ölkədə matəm günü elan edilməsiylə bağlı sərəncam
verib.

Xatırladaq ki, Qırğızıstanın paytaxtı Bişkek
yaxınlığında Türkiyənin AST şirkətinə məxsus "Boeing 747” yük təyyarəsinin
qəzaya uğraması nəticəsində ölənlərin sayı 42-yə çatıb.

Hazırda xilasetmə işləri davam etdirilir. Qəzanın
hansı səbəbdən baş verməsi məlum deyil.


Hadisə ilə bağlı araşdırma aparılır.


Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər