Ru
17:22 / 16 Mart 2018

Qəzada yaralanan şagird Bakıya göndərildi

3202
Yevlaxda mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alan 5 şagirddən 1-i evə buraxılıb. Qalan 4 xəstədən digər 1-i isə Bakıya göndərilib.


BakuPost xəbər verir ki, bu barədə Modern.az-a İcbari Tibbi Sığorta Agentliyinin mətbuat xidmətinin əməkdaşı İhamə Musayeva məlumat verib.  


İ.Musayeva bildirib ki, xəstələrin vəziyyəti stabildir: 


"Əməliyyat olunan qız martın 13-də Bakıya göndərilib. Hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicəsini davam etdirir. Qalan dörd nəfərdən biri martın 14-də evə buraxılıb. Digər 3 xəstənin müalicəsi davam etdirilir. Vəziyyəti orta-stabil olaraq qalır”.


Qurum rəsmisinin sözlərinə görə əməliyyat keçirən şagird Bakıya göndərilərkən vəziyyəti orta-ağır-stabil qiymətləndirilib.


Respublika Neyrocərrahiyyə Xəstəxanasından Modern.az-a xəstənin vəziyyətinin stabil olduğunu bildiriblər.


Qeyd edək ki, martın 11-də respublikanın 27 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin məzunları üçün ümumorta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsi keçirilib. İmtahanda iştirak etmək üçün Yevlax rayonu Aran qəsəbə 1 nömrəli tam orta məktəbinin 15 şagirdi, 1 direktor müavini və 1 nəfər məktəbin əməkdaşından ibarət heyəti aparan mikroavtobus qəzaya uğrayıb.
Qəzada yaralanan şagird Bakıya göndərildi
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər