Qənirə Paşayevanın kitabının təqdimatı oldu - FOTOLAR

Muğla Universitetində Qənirə Paşayevanın "Vatan kokusu” kitabının imza mərasimi olub.

Muğla valisi, bələdiyyə sədrinin müavini, Muğla Sıtkı Kocaman Universitetinin rektoru, universitetin alimlərinin, tələbələrin, QHT və KİV rəsmilərinin iştirakı ilə keçirilən təqdimat və imza mərasimində türk millətinin gənc nəsilləri üçün kitabın önəmi xüsusi vurğulanıb.

İmza mərasimində iştirak edənlərə və təşkilatçılara təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva Axısxa türklərinin öz vətənlərindən sürgününü qələmə aldığı "Vatan kokusu” kitabı barədə məlumat verib və gənclərin iştirakı ilə imza mərasiminin keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.

Dağıq Qarabağ, Axısxa, Krım, Kərkük, Türkməndağından danışan millət vəkili Q.Paşayeva gəncləri ortaq tariximizi yaxşı oxumağa, öyrənməyə çağırıb. O bildirib ki, dünyanın harasında doğulub, yaşamasından asılı olmayaraq hər bir türk ortaq tarixmizi yaxşı bilməli və bütün məsələlərdə bir-birimizə daha çox dəstək verməlidir.
 
Bakı Post
 
 
 
 
 
 
 

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994502060266

XƏBƏR LENTİ

26 Aprel 2017
Bütün xəbərlər
Bütün xəbərlər