“Qədiroğlu” restoranında insident - İşçi arterial damarı kəsilmiş vəziyyətdə tapıldı/ YENİLƏNİB

2571
Mingəçevir şəhərində baş vermiş hadisə ilə bağlı bəzi təfərrüatlar məlum olub.

BakuPost "Report”a istinadən xəbər verir ki, "Qədiroğlu” restoranında müştərilərlə ofisiant arasında davanın baş verdiyi müəyyən edilib.

Hadisə zamanı restoranın 1996-cı il təvəllüdlü müştərisi Orxan Elxan oğlu Mamedov ağır qanaxma ilə xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Eyni zamnada, müəssisənin 2000-ci il təvəllüdlü ofisiantı Seymur Zeynalov da həmin davada xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisənin tam mahiyyəti hələ bəlli olmasa da, müştərilərlə ofisiant arasında mübahisə zəminində baş verdiyi söylənilir.

Faktla bağlı araşdırma aparılır.


***
22:03

Mingəçevir şəhərində restoran işçisi arterial damarı kəsilmiş vəziyyətdə tapılıb.

BakuPost-un "Report”a istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında "Qədiroğlu” restoranında qeydə alınıb.

Təqribən, 20-25 yaşlarında olan şəxs ağır vəziyyətdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

İlkin məlumata görə, onun bud nahiyəsindən yaralandığı ərazidə şüşə qırıqları və qan izləri olub.

Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər