Qəbul imtahanlarından sonra hamı onlardan danışır - ADLAR/ FOTOLAR

1761
Xəbər verdiyimiz kimi, mayın 13-də keçirilmiş II və III ixtisas qruplarının qəbul imtahanının nəticələrinə əsasən 7 nəfər 700 bal toplayıb.

Onlardan 5-i III ixtisas, 2-i II ixtisas qrupunun abituriyentləridir. 

III ixtisas qrupu üzrə Bakı şəhəri 45 nömrəli tam orta məktəbin şagirdi Elvin Kərimli 700 bal toplayan sırasındadır. O, Tarix üzrə Respublika Olimpiadasının qızıl medal sahibi, AzTV-də yayımlanan "Əlaçı” verilişinin qalibi olub.
 
Basharet Mammadov adlı şəxsin şəkli.

89 nömrəli tam orta məktəbin şagirdi Şayxanım Həsənova da ən yüksək nəticəni göstərən abituriyentlərdən biridir. 
 


214 nömrəli tam orta məktəbin şagirdi Leyli Əhmədova və Texniki-Humanitar Liseyin şagirdi Zeynəb Quluzadə də 700 bal toplayıblar.
 


Xəyyam Sultanlı Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin tarixində 18-ci 700 bal toplamış şagirdidir.
 
 

II qrup üzrə maksimum nəticə göstərən iki nəfərdən biri Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Cahan Haşımzadədir.
 


Digər 700 toplamış Jalə Rəcəbova isə Xaçmaz tarixində bir ilkə imza atıb. Belə ki, 8 saylı şəhər orta məktəbin məzunu rayonda ilk tam nəticə göstərən abituriyentdir. 
 

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər