Ru
15:38 / 15 Oktyabr 2018

Qəbələdə yanğında xəsarət alan ərəblər evə buraxıldı

1838
Qəbələ rayonunda kirayə yaşadıqları evdə baş verən yanğın zamanı xəsarət alan ərəblərin 4-ü xəstəxanadan evə buraxılıb.


BakuPost xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova məlumat verib.


Onun sözlərinə görə, həmin ərəblər Qəbələ Mərkəzi Xəstəxanasında müalicə edilirdilər. Respublika Yanıq Mərkəzinə yerləşdirilən Küveyt vətəndaşı olan 2 nəfərin isə vəziyyəti stabil ağır qiymətləndirilir. Bədən səthlərinin 3 dərəcəli yanığı diaqnozu qoyulan həmin şəxslər - 1993-cü il təvəllüdlü Əlhəmidi Əhməd Adnan oğlu və 1989-cu il təvəllüdlü Əlhəmidi Nura Adnan qızı hazırda mərkəzin reanimasiya şöbəsində müalicələrini davam etdirirlər.


Qeyd edək ki, oktyabrın 8-də səhər saatlarında Qəbələ rayonunun mərkəzində yerləşən fərdi evlərdən birində yanğın baş verib. Hadisə nəticəsində turistlər - bir ailənin 6 üzvü xəsarət alıb, 1 nəfər isə dünyasını dəyişib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər