Qəbələdə ağır qəza - Yaralanan var

Qəbələdə yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) BakuPost.az-ın məlumata görə, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonu ərazisində "Kamaz” markalı yük avtomobili yol kənarındakı ağaca çırpılması nəticəsində yol qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Şimal-Qərb Reqional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarmış və aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 04:40-da başa çatıb.
 
BakuPost
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

15 Dekabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər