Ru
16:22 / 21 Fevral 2017

“Qəbələ” və “Qarabağ” cərimə olundu

942
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.


BakiPost.az-ın məlumatına görə, iclasda Premyer Liqanın 19-cu turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub.


Fevralın 18-də Premyer Liqanın XIX turunun "İnter” – "Zirə” matçında "İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.


Oyunun 74-cü dəqiqəsində "Zirə” klubunun 1 №-li futbolçusu Anar Nəzirov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.


Fevralın 19-da Premyer Liqanın XIX turunun "Sumqayıt” – AZAL matçının birinci hissəsi bitdikdən sonra "Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, bu hal ikinci dəfə təkrarlandığı üçün klub 1600 manat cərimə olunub.


Anoloji hadisə yenidən təkrarlanacağı təqdirdə kluba daha ağır sanksiya tətbiq olunacaq.


"Qəbələ” – "Qarabağ” matçı ilə bağlı isə İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:


• "Qəbələ” və "Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün hər iki klub 800 manat cərimə olunur.

• Qəbələ” və "Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün hər iki klub 1600 manat cərimə olunur. 

• "Qəbələ” klubunun azarkeşləri tərəfindən təhqiredici pankartların açılmasına görə klub 4000 manat cərimə olunur.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər