““Qəbələ” ilə oyun çətin keçəcək”

"Bizim üçün çox çətin oyun oldu. Azərbaycandan qayıtdıqdan sonra hazırlıq üçün vaxtımız olmadı. Cəmi 2 gün sonra meydana çıxsaq da, qələbə qazandıq”. 
 
BakuPost.az-ın məlumatına görə, bunu Avropa Liqasının II təsnifat mərhələsində "Qəbələ”nin rəqibi olan "Yagelloniya”nın baş məşqçisi İreniuş Mamrot deyib.
"Yagelloniya” ötən gün Polşa çempionatında mövsümün ilk oyununa çıxıb. Komandanın baş məşqçisi  səfərdə "Termalikan”a qalib gəldikləri oyundan (1:0) sonra yerli mətbuata açıqlama verib.

O, oyunlar arasında fasilənin az olmasının komandası üçün çətinlik yaradacağından ehtiyat etdiyini bildirib: ""Qəbələ” ilə oyun çətin keçəcək. "Termalika” ilə oyunda bəzi futbolçuların yorulduğunu gördüm”. 

Xatırladaq ki, Bakıda keçirilən "Qəbələ” – "Yagelloniya” matçında 1:1 hesablı bərabərlik qeydə alınıb. Komandalar arasında növbəti görüş iyulun 20-də Polşada olacaq.

BakuPost

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994502060266

XƏBƏR LENTİ

22 İyul 2017
Bütün xəbərlər
Bütün xəbərlər