Ru
20:54 / 18 Yanvar 2017

Qaxda sirli ev - FOTO/VİDEO

1723
Qədim tarixə malik İlisu kəndində 1800-1900-cu illərdə inşa edilmiş xeyli ev var. Kənd sakini Azər Qocayev 150 ildən artıq yaşı olan evini tikildiyi illərdə olduğu kimi saxlayıb. Lakin bu evdə hələ də açılmayan sirlər var.


Belə ki, evin daşlarının üzərinə su düşdükdə ərəbcə yazılmış yazılar üzə çıxır. Maraqlısı budur ki, yazıları bu günə kimi oxumaq mümkün olmayıb.


"Mən bu yazıları sirli yazılar adlandırıram. Çünki bu yazıları bu vaxta qədər oxuya bilən olmayıb. Müəyyən nöqtələr yoxa çıxdığına görə, hər adam bunu oxuya ilmir”, - Azər Qocayev deyib.


Bu daşlar bizə nəyi demək istəyir? 18-ci əsrin sonlarında evi tikdirən tacir nəyə işarə edib? Ev sahibini bu fikirlər çox düşündürür. Bu səbəbdən, Azər Qocayev yazıların araşdırılması üçün mütəxəssisləri evinə dəvət edir.


"Bu yazılar bir çox ziyalıları, turistləri cəlb edir. Lakin hələ araşdırma aparılmayıb. Çalışacağıq ki, gələcəkdə mütəxəssisləri bu məsələyə cəlb edək”, - Şəki Regional Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi Dilarə Əzizova bildirib.

 

ARB TV 

 




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər