Qax-İlusuda dincəlmək neçəyədir? - “od qiymətinə”...

Qax-İlusuda ən ucuz istirahət kənd evləri və kotteclərdə mümkündür.
Bu barədə BakuPost.az-a turizm firmasında çalışan menecer bildirib. 
 
Onun sözlərinə görə, kənd evində qonaqlayarkən 4 nəfərlik otaqda adambaşına 30 manat ödəmək lazım olur. 
Bundan başqa bu qiymətə kotteclərdə də qalmaq olar. Bu zaman səhər yeməyi pulsuz verilir. Qax-İlusuda ən baha qiymət isə 188 manatdır. 
Bir gün üçün bu qiyməti ödəməklə iki nəfər hoteldə həm qonaqlaya bilər, həm də gün ərzində 3 dəfə yemək əldə edə bilərlər. 
 
Bundan başqa bu qiymətə SPA xidmətlərdən istifadə də daxildir.
 
Qeyd edək ki, bu bölgənin otellərində doluluq 70-80 % təşkil edir.

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994502060266

XƏBƏR LENTİ

22 İyul 2017
Bütün xəbərlər
Bütün xəbərlər