Ru
08:59 / 22 İyun 2018

Qardaş bacısını bıçaqladı

1843
Binəqədi rayonunda ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib.


BakuPost Report-a istinadən xəbər verir ki, hadisə Sulutəpə qəsəbəsində, səhər saatlarında qeydə alınıb.


Ruslan Allahverdiyev küçəsi 19 ünvanında 1974-cü il təvəllüdlü Rəqsanə Mustafayeva qardaşı ilə ailə münaqişə zəminində mübahisə edib.


Mübahisə zamanı qardaşı əvvəlcə R.Mustafayevanı döyüb, daha sonra ona bıçaqla zərbələr endirib. 


Yaralı orta ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onun vəziyyəti sabit ağırdır.


Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər