Ru
15:42 / 09 Dekabr 2016

“Qarajda 3 avtomobili olanlar piyada gəzir” - Ərşad Hüseynov

1005

"Bəzi
insanlar bu gün Bakıda az avtomobil olmasına rişxəndli münasibət bildirirlər. "5
sm qar yağdı, heç kəs maşın sürə bilmir” və başqa bu tipli fikirlər hətta efirdə
də səslənir. Amma bu belə deyil. Həmin insanları (səbəbindən asılı olmayaraq
avtomobili qoyub çıxanları) alqışlamaq lazımdır. Belələrinə rişxənd edənlər isə
ən azından sadəlövh lovğalardır”.


Bu sözləriBakiPost.az-a açıqlamasında yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib. O
bildirib ki, avtomobil bu gün insanların həyat ortağına çevrilib: "Bu metal və
plastmas yığını bizim çox acgöz həyat ortağımıza çevrilib, çoxumuzun da xəbəri
yoxdur. Orta statistik bir avtomobilin alınmasına və saxlanılmasına çəkilən xərc
bir ailə üzvünə çəkilən cari xərcdən artıqdır. Bu yaramaz planetin enerji
ehtiyatını, oksigen ehtiyatını da insanlardan artıq dərəcədə tükədir. Hələ qəzaları
və digər hadisələri demirəm”.


Ərşad
Hüseynov qeyd edib ki, avtomobil əvəzinə ictimai nəqliyyatı yaxşılaşdırmaq
lazımdır:
"Bundan əlavə, müasir sağlam həyat tərzinə uyğun yerdəyişmə vasitələri,
xüsusən velosiped və piyada gəzmə daha geniş yayılmalıdır. Kimsə buzdan çəkinib,
yola avtomobilsiz çıxırsa, onu alqışlayıram. Düşünürəm ki, elə yaxın gələcəkdə
normal havada da belələri ilk olaraq avtomobili həyətdə qoyub piyada gəzəcəklər.
Məsələn, qərbdə və Uzaq Şərqdə velosipedin çox geniş yayılması təsadüfi deyil.
Həmin ölkələrdə insanlar artıq avtomobilləşmənin fəsadlarını çox gözəl
anlayıblar və qarajda 2-3 avtomobili olanlar da piyada, velosipedlə, avtobusla
və metro ilə gəzirlər”.

Sevinc Yasinqızı

Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər