Ru
12:50 / 26 May 2017

“Qarabağ”dan italiyalı hücumçuya - 300 min avroluq təklif

773
Adı "Qarabağ”la hallanan italiyalı hücumçu Nikola Çitronun meneceri Alberto Berqossi bununla bağlı açıqlama verib.


BakuPost.az qol.az-a istinadən xəbər verir ki, ölkəsinin "Sicilia” jurnalına danışan Berqossi Ağdam klubundan təklif aldıqlarını, ancaq hələlik qərar vermədiklərini deyib:


"Çitroya "Qarabağ”dan təklif gəldiyini təsdiq edirəm. "Qarabağ" Çempionlar Liqasının təsnifat mərhələsində çıxış edəcək.

 

Onu da deyim ki, yanvar ayında dostum Massimo Fikkadentinin çalışdırdığı Yaponiyanın "Saqan Tosu" klubu da Çitro üçün təklif göndərmişdi. 

Mən ona bu təklifi dəyərləndirməyi məsləhət gördüm. Ancaq o, B Seriyasında yaxşı pul qazanırdı. İndi isə  "Trapani" C Seriyasına düşüb. Bu isə onun planlara daxil deyil. Hələlik qərar verməmişik”. 


Qeyd edək ki, İtaliya mətbuatı "Qarabağ"ın Çitroya 3 illik müqavilə və illik 300 min avroluq maaş təklif etdiyini yazmışdı.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər