“Qarabağ” UEFA Avropa Liqasının "pley-off" mərhələsində - YENİLƏNİB

1103
Azərbaycanın "Qarabağ" futbol klubu UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Belarusun BATE komandası ilə qarşılaşıb.

BakuPost-un məlumatına görə, oyunun 20-ci dəqiqəsində BATE-nin oyunçusu M.İvaniç hesabı açıb - 1:0. Oyunun 54-cü dəqiqəsində "Qarabağ"ın ispaniyalı oyunçusu Miçel hesabı bərabərləşdirib - 1:1.

Matçın 77-ci dəqiqəsində "Qarabağ"ın hücumçusu Emeqara ikinci sarı vərəqə alaraq meydandan qovulub. Oyun 1:1 hesabı ilə başa çatıb.

İlk oyun BATE komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Beləliklə, Belarusun BATE komandası Çempionlar Liqasının "pley-off" mərhələsinə, "Qarabağ" isə Avropa Liqasının "pley-off" mərhələsinə yüksəlib.

***

"Qarabağ”-BATE oyununda hesab 1:1 olub.

BakuPost xəbər verir ki, ilk qolu 20-ci dəqiqədə BATE "Qarabağ”ın qapısından keçirib. Hücumlarını davam etdirən "Qarabağ" 54-cü dəqiqədə istəyinə çatıb. Qapı qarşısına ötürülən topu Miçel başla qapıdan keçirib. Hesab 1:1-dir.


***

Avqustun 14-də Ağdamın "Qarabağ” klubu futbol üzrə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində cavab matçında Belarusun BATE komandası ilə qarşılaşır.
 
BakuPost xəbər verir ki, qarşılaşmanı Latviyadan olan hakimlər briqadası idarə edir. Oyunun baş hakimi Andris Treymanisdir. Ona yan xətt hakimləri Haralds Qudermanis və Alekseys Spasjonnikovs kömək edirlər. Oyunda dördüncü hakim funksiyasını isə Aleksandrs Qolubevs yerinə yetirir.


***

Futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək "Qarabağ" və Belarusun BATE klublarının start heyətləri açıqlanıb.

BakuPost xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaq:

BATE: 48. Denis Şerbiçki, 4. Aleksandr Filipiviç, 5. Yevgeni Yablonski, 8. Stanislav Draqun, 10. Mirko İvaniç, 13. Nikolay Ciqneviç, 17. Aleksey Rios, 21. Eqor Filipenko, 22. İqor Staseviç (k), 25. Dmitri Baqa, 42. Maksim Volodko

"Qarabağ": 1. Hannes Halldorsson, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 7. İnnosent Emeqara 8. Miçel, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 55. Bədavi Hüseynov, 77. Donald Gerye, 

Qeyd edək ki, BATE - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasındakı ilk qarşılaşma Belarus klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. 
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər