Ru
01:24 / 21 Sentyabr 2018

“Qarabağ” uduzdu - YENİLƏNİB

3789
Avropa Liqasında qrup mərhələsinin ilk tur matçında Portuqaliyada üz-üzə gələcək "Sportinq" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb.


BakuPost-un məlumatına görə, qonaq komandanın baş məşqçisi Qurban Qurbanov zədəli Rəşad Sadıqov, Dani Kintana və Simeon Slavçevin xidmətindən yararlana bilməyəcək.


Zədəsini bərpa edən Miçel isə ehtiyat oyunçular skamyasında yer alıb.


Start heyətə isə ilk dəfə Coşqun Diniyev də düşüb. Kapitan sarğısı Maksim Medvedevə tapşırılıb.


"Sportinq": 19. Roman Salen, 4. Sebastyan Koates, 8. Brunu Fernandeş, 9. Markos Akunya, 10. Fredi Montero, 13. Stefan Ristovski, 16. Rodriqo Battalya, 17. Luiş Nani (k.), 21. Rafinya, 22. Jeremi Matyü, 86. Nemanya Qudel


Ehtiyat oyunçular: 40. Renan Ribeyro, 6. Andrea Pintu, 18. Karluş Mane, 23. Abdulay Diabi, 25. Padosav Petroviç, 76. Brunu Qaşpar, 77. Jovane Kabral


Baş məşqçi: Joze Peseyru


"Qarabağ": 13. Vaqner, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k.), 7. İnnoset Emeqara, 11. Mahir Mədətov, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 77. Donald Gerye, 91. Coşqun Diniyev


Ehtiyat oyunçular: 1. Hannes Halldorsson, 4. Rahil Məmmədov, 8. Miçel, 9. Araz Abdullayev, 25. Ansi Aqolli, 28. Con Delarj, 30. Abbas Hüseynov


Baş məşqçi: Qurban Qurbanov


Lissabondakı "Joze Alvalade" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

 

***

 

Oyun başladı.

 

***
Matçın ilk dəqiqələrində "Sportinq" komandasını əks hücümda yaxalayan Qurban Qurbanovun yetirmələrinin vurduğu zərbə dəqiq olmayıb. Qarşılaşmanın 21-ci dəqiqəsində portuqaliyalıların müdafiədə kobud səhvini İnnosent Emeqara dəyərləndirə bilməyib.


Beləliklə, hər iki komandanın cəhdlərinə baxmayaraq birinci hissə qolsuz heç-heçə ilə başa çatıb.
***

 

Qarşılaşmanın ikinci hissəsində meydan sahibləri 54-ci və 87-ci dəqiqələrdə iki qol vuraraq qələbə qazanıblar.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər