Ru
17:59 / 20 Sentyabr 2017

“Qarabağ” - “Roma” matçına yalnız bu biletlər qalıb

886
"Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı İtaliya "Roma”sı ilə matç üçün bilet satışı davam edir.


BakuPost.az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, satışda yalnız 2 manatlıq biletlər qalıb.


Azarkeşlər biletləri satış məntəqələrindən və ya onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.


Satış məntəqələrində vauçerləri biletlərlə dəyişmək də mümkündür.


Qeyd edək ki, satışa ümumilikdə 65 min bilet çıxarılıb. Sentyabrın 27-də keçiriləcək "Qarabağ” - "Roma” matçı saat 20:00-da başlayacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər