Ru
20:25 / 25 May 2017

"Qarabağ münaqişəsinin uzunmüddətli həlli zəruridir" - Avroparlament

1838
Dağlıq Qarabağdakı status-kvo kövrəkdir.


Trend-in məlumatına görə, bunu Avroparlamentin xarici əlaqələr komitəsinin rəhbəri Devid Makallister Yerevanda deyib.


O, bildirib ki, münaqişənin hərbi yolla həlli yoxdur: "Münaqişənin beynəlxalq hüquq əsasında uzunmüddətli həlli zəruridir. Avropa İttifaqı (Aİ) tərəfləri atəşkəs rejiminə və münaqişənin sülh yolu ilə həlli üçün öz öhdəliklərinə əməl etməyə çağırır, Minsk qrupunun bu istiqamətdə səylərini dəstəkləyir.


Makallister qeyd edib ki, Brüssel münaqişə zonasında silahlanma yarışından, qarşıdurma ritorikasından və təmas xəttində insan ölümünə səbəb olan insidentlərdən narahatdır.


Onun sözlərinə görə, Aİ tərəfləri danışıqları Minsk qrupunun təklifləri əsasında şərtsiz bərpa etməyə çağırır.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər