Ru
21:40 / 21 Sentyabr 2018

“Qarabağ münaqişəsini yalnız Rusiya, Azərbaycan və Ermənistan həll edə bilər” - Kalaşnikov

2107
"Bu və ya digər münaqişələri həll etmək üçün ATƏT-in Minsk qrupuna bənzər dünya güc mərkəzlərinin təmsil olunduğu qurumlar yaradılarkən məsələnin nizamlanmasına dair indiyədək bircə nümunə belə görünməyib”.


BakuPost Report-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr şöbəsinin rəhbəri Leonid Kalaşnikov Bakıda mətbuat konfransında deyib.


Onun fikrincə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə maraqlı olsa da, ABŞ-ın mövqeyinə dair müəyyən şübhələr var: "Çünki ABŞ-ın İran və Türkiyə kimi region ölkələri ilə münasibətlərində gərginlik mövcuddur".


L.Kalaşnikov Dağlıq Qarabağ münaqişəsini yalnız Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin həll edə biləcəyinə əmin olduğunu vurğulayıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər