Ru
10:27 / 17 Avqust 2017

"Qarabağ məsələsində yeniliklər gözlənilir" - Millət vəkili

870
Baş nazirin müavininin müdafiə naziri ilə birgə cəbhə bölgəsində olması o deməkdir ki, Azərbaycan istənilən halda öz ərazi bütövlüyünü təmin edəcək.


Bu barədə Axar.az-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev danışıb. Millət vəkili bildirib ki, hazırda ən əsas məsələ Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır: "Baş nazirin müavininin müdafiə naziri ilə birgə cəbhə bölgəsində olması o deməkdir ki, Azərbaycan istənilən halda öz ərazi bütövlüyünü təmin edəcək. Rəsmi Bakı münaqişənin sülh yolu ilə həllində maraqlıdır. Ancaq İrəvan problemlər yaradır. Belə olan halda Azərbaycanın öz torpaqlarında anti-terror əməliyyatları keçirməyə hüququ var və bunu da edəcək. Azərbaycan prezidenti ordunun daha da gücləndirilməsinə çox böyük diqqət yetirir. Rəsmi Bakı bununla yanaşı, danışıqlar prosesi üzərində də mühüm işlər görür. Hər bir halda Azərbaycan üçün birinci əsas məsələ işğalçı erməni birləşmələrinin torpaqlarımızdan çıxmasıdır. Bu, asan məsələ deyil, ancaq işlər gedir”.


Millət vəkili vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi yolunda beynəlxalq hüquqla bərabər, ölkə başçısının şəxsi hüququ da öz sözünü deyir: "Çox da uzaq olmayan dönəmdə bu istiqamətdə yeniliklər gözləniləndir”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər