Ru
22:57 / 19 Avqust 2017

"Qarabağ" "İnter"i məğlub etdi

1386
Futbol üzrə Azərbaycan Premyer Liqasının II turu çərçivəsində növbəti oyun keçirilib.


"Report”un məlumatına görə, həftənin ikinci matçında son çempion "Qarabağ" bürünc mükafatçı "İnter"i qəbul edib.

Meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov bu qarşılaşmada Çempionlar Liqasının "pley-off" mərhələsində Danimarka təmsilçisi "Kopenhagen"ə qarşı forma geyinən futbolçulardan yalnız Dino Ndlovu və Əfran İsmayılova "11-lik"də yer verib.

Qarşılaşmanın taleyini də elə həmin futbolçulardan birinin - İsmayılovun 89-cu dəqiqədə vurduğu yeganə qol həll edib.

Qeyd edək ki, II tura avqustun 20-də keçiriləcək "Kəpəz" - "Zirə" və "Qəbələ" - "Sumqayıt" oyunları ilə yekun vurulacaq.


Azərbaycan Premyer Liqası

II tur

19 avqust 


"Qarabağ” – "İnter” 1:0

Qol: Əfran İsmayılov, 89

Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Elman Musayev, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Murad Məmmədov

"Azersun Arena”

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər