“Qarabağ” "Çelsi"yə uduzdu - 6:0/ YENİLƏNİB

UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilib.

BakuPost.az xəbər verir ki, Azərbaycan futbolu tarixində ilk dəfə qitənin ən mötəbər klub turnirinin qrup mərhələsinə yüksələn "Qarabağ” debüt oyununa çıxıb.

Ağdam klubu səfərdə Avropanın aparıcı klublarından olan "Çelsi”nin qonağıdır.
 
22:44
***
 
6-cı dəqiqədə Pedro cərimə meydançasının kənarından topu "Qarabağ"ın qapısından keçirir. "Çelsi" 1-0 öndə.
 
22:50
***
 
Oyunun 30-cu dəqiqəsində Zappakosta komandasının ikinci qolunu vurur. 
 
23:20
***
 
55-ci dəqiqədə rəqib konamdanın futbolçusu Aspilikueta 3-cü qolu vurur. 3:0 "Çelsi" öndədir.
 
 23:56
***
 
Oyunun 71-ci dəqiqəsində Bakayoko 4-cü qolu vurdu.
 
00:11
***
 
75-ci dəqiqədə Batşuay 5-ci qolu vurur. 5:0.
 
00:06
***
 
Batşuaydan 82-ci dəqiqədə daha bir qol.
 
 
 Oyun başa çatdı. "Qarabağ" ÇL-nin qrup mərhələsindəki ilk matçından 0-6 hesabı ilə məğlub ayrıldı.
 

BakuPost

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

23 Sentyabr 2017
22 Sentyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər