“Qarabağ” Azərbaycan çempionatına qələbə ilə başladı

Futbol üzrə Azərbaycan Premyer Liqasına start verilib.

Oxu.Az-ın xəbərinə görə, turun ilk matçında "Neftçi” "Qarabağ”ı qəbul edib.

"Bakcell Arena”da keçirilən qarşılaşma Ağdam təmsilçilərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qonaqların heyətində Mahir Mədətov dubla imza atıb (15 və 40-cı dəqiqələrdə). Daha bir dəfə isə Dino Ndlovu fərqlənib (62).

"Neftçi”nin təsəlli qolunu hakimin oyuna əlavə etdiyi dəqiqələrdə Rahid Əmirquliyev vurub.
 
BakuPost
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

15 Dekabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər